
Məlumata görə, bu zindan sənaye anbarı görüntüsü altında fəaliyyət göstərir və orada yüzlərlə məhbus çox ağır və qeyri-insani şəraitdə saxlanılır. Tikanlı məftillərlə əhatələnmiş ərazidə nə soyutma sistemi, nə havalandırma, nə də tibbi xidmət mövcuddur. Su və elektrik tez-tez kəsilir, qidalanma və dərman təminatı isə son dərəcə zəifdir.
Məhbuslar bəzən səhər saat 5-dən etibarən iş üçün aparılır və onlardan məcburi əmək şəraitində istifadə olunur. Həbsxana rəhbərliyi buranı sənədlərdə “məşğulluq müəssisəsi” kimi qeyd etsə də, burada nə iş yerləri yaradılıb, nə də peşə təhsili verilir.
İnsan Haqları Mərkəzi əlavə edib ki, məhkumlar azadlığa buraxılmır, bəzi hallarda isə cüzi səbəblərlə ölüm cəzası təhdidi ilə üzləşirlər.