Site icon Aznews TV

İranda SEPAH polkovniki öldürüldü

Bu barədə bəlucların “Ceyş əl-Ədl” silahlı qruplaşması məlumat yayıb.

Bildirilib ki, yanvarın 17-i axşam saatlarında Zahidan-Xaş yolunda həyata keçirilən əməliyyat nəticəsində SEPAH polkovniki Hüseynəli Cavdanfər və onun iki mühafizəçisi qətlə yetirilib.

İran mediasının yaydığı məlumatda polkovnikin öldürüldüyü təsdiq edilib.

“Ceyş əl-Ədl” silahlı qruplaşması hücumun məsuliyyətini öz üzərinə götürüb.

Exit mobile version