Site icon Aznews TV

İranda sevdiyi qızı öldürən gənc edam edilib

Məlumata görə, edam olunan şəxs sevgilisinin onu varlı biri ilə aldatdığını öyrəndikdən sonra həmin imkanlı şəxsin evində onu bıçaqlayaraq öldürüb.

Cinayətə şahid olan varlı şəxsin sözlərinə görə, qətlə yetirilən Gülnaz adlı qadın onunla da sevgili olub və oğlan ona avtomobil da alıb, lakin bir ay öncə ona yanlışlıqla Ehsan, yəni digər sevgilisinin adı ilə səslənib.

Nəticədə o da Gülnazdan şübhələnib. Qız isə ona Ehsanın onun köhnə sevgilisi olduğunu deyib.

Edam edilməzdən öncə Ehsan qətl törətdiyini polisə etiraf edib və bildirib ki, Gülnazdan şübhələndiyi üçün onun avtomobilinə izləmə cihazı quraşdırıb və varlı oğlanın evinə getdiyini gördükdən sonra evə daxil olub və onu bıçaqlayaraq öldürüb.

#Iran

Exit mobile version