Site icon Aznews TV

İranda silahlı qarşıdurma: Ölənlər var

Bu barədə SEPAH-ın “Qüds” bazasının kəşfiyyat və əməliyyat bölmələri ilə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşlarının birgə bəyanatında qeyd edilib.

Bəyanatda bildirilir ki, hökumət qüvvələri bir silahlı şəxsi həbs edib, iki silahlını isə qətlə yetirib.

Onlara məxsus silah-sursatın ələ keçirildiyi bildirilir.

SEPAH həbs edilən və öldürülənlərin ölkədə terror aktı həyata keçirməyi planlaşdırdıqlarını iddia edib.

Exit mobile version