Hakimiyyətin vətəndaşların yaşayış vəziyyətlərinin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması vədi yalan çıxıb.
“Son illərdə inflyasiya orta təbəqəyə ən çox təsir edib və onların böyük bir hissəsini yoxsulluq həddinin altına salıb. Artıq İranda orta təbəqə dağılır”,– araşdırma yazısında bildirilib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi seçkiqabağı təşviqat kampaniyası zamanı inflyasiyanın səviyyəsinin aşağı salınacağını vəd etmişdi.