Site icon Aznews TV

İranda son bir ildə hava çirkliliyi minlərlə insanın ölümünə səbəb olub

Daryuş Əlizadənin sözlərinə görə, son bir il ərzində İranda hava çirkliliyi səbəbindən 21 min nəfər dünyasını dəyişib.

O, İran Daxili İşlər, Neft və Enefgitika Nazirliklərinin havanın çirkləndirilməsinin qarşısının alınmasına görə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini deyib.

Əlizadə ölkədə havanın çirklənməsinin ən əhəmiyyətli səbəbləri kimi dizel yanacağının istifadəsi, dizel avtomobilləri üçün adi dizel yanacağından istifadə edilməsi, işlənmiş avtomobillərin sıradan çıxarılması ilə bağlı hökumətin səmərəsiz siyasəti, elektrik stansiyalarında nəzarət avadanlığının olmaması və ictimai nəqliyyat şəbəkəsinin zəifliyini qeyd edib.

Qeyd edək ki, son bir ildə İran paytaxtı tehran hava çirkliliyi səviyyəsinə görə bir neçə dəfə “dünyanın ən çirkli şəhəri” seçilib.

Exit mobile version