Site icon Aznews TV

İranda su ehtiyatları 37% azalıb

İran Su və Enerji Mənbələrinin İnkişafı Şirkətinin müdiri ölkədə hökm sürən quraqlıqla bağlı deyib ki, bəndlərdəki su ehtiyatlarının həcmi 37 faiz azalıb.

“Aznews tv”  xəbərinə görə, Həsən Rəzəvi bildirib: “Meteorologiya  Təşkilatının proqnozlarına  görə, bu il qış ayları ərzində normal yağıntı olacaq. Lakin quraqlıq keçən ötən ildəki və cari ilin payızındakı vəziyyətə diqqət etsək su ehtiyatlarının 37% azalması ilə üzləşdiyimizi görərik. Ümumiyyətlə, bu il su ehtiyatları baxımından əlverişli şərait olmayıb”.

“Əvvəlki illərdəki quraqlıq təcrübələri əsasında atılan addımlar və görülən tədbirlər əsasında çalışmışıq ki, 1401-ci ildə (2022) əhaliyə su və elektrik enerjisi verilməsində ən az problem yaşansın”, -deyə o əlavə edib.

Rəzəvi sonda bu il 15 su bəndindən istifadə edildiyini qeyd edib.

Exit mobile version