Site icon Aznews TV

İranda süd və ət istehsalı kəskin azalıb

Statistikada bildirilir ki, süd və məhsullarının istehsalı 268 min ton azalaraq 7.8 milyon tona enib.

Qeyd edək ki, ötən 1 il ərzində süd və süd məhsullarının İranda qiyməti də bir neçə dəfə artıb.

İstehsalın azalması ilə çiy südün qiyməti artıb. Bu üzdən süd məhsulları istehsal edən şirkətlər də məhsullarının qiymətini artırıb.

O cümlədən qatıq çeşidlərinin qiyməti 30 faiz artırılıb.

İranda nəşr edilən “İqtisad dünyası” qəzeti yazıb ki, mal ətinin istehsalı ötən 2 il ərzində azalıb.

Bahalaşma fonunda 2010-cu ildən bu yana İran əhalisinin adambaşına mal əti istfadəsi yarıya enib.

Exit mobile version