Site icon Aznews TV

İranda tanınmış jurnalist həbs edilib

İnsan haqları təşkilatları və media fəallarının verdiyi məlumata görə, İranda fəal jurnalistlərdən sayılan Məryəm vəhidiyan noyabrın 27-də saxlanılıb.

Məmurlar onun evində axtarış apapraraq şəxsi əşyalarını, o cümlədən notbuk və mobil telefonunu müsadirə ediblər.

Bildirlir ki, Vəhidiyan ad gününü keçirdiyi vaxt evinə hücum edilib və onun mənzilində olan şəxslərində mobil telefonları məmurlar tərəfindən əllərindən alınıb.

Jurnalistin nədə ittiham olunduğu və hara aoarıldığı barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsi noyabrın ortalarında yaydığı məlumatda İranda etiraz aksiyaları başlayandan bu günə kimi 62 jurnalistin həbs edildiyini bildirib.

Exit mobile version