Site icon Aznews TV

İranda tanınmış reper Tomac Salehi həbs edildi

Məlumatda onun “ölkənin qərb sərhədlərini qanunsuz olaraq tərk etməyə çalışdığı zaman” həbs edildiyini iddia edilir.

Bu iddialardan sonra Tomacın adına fəaliyyət göstərən “twitter” hesabında yayılan məlumatda və onun dayısının açıqlamasında reperin Çaharmahal və Bəxtiyari əyalətində həbs edildiyi, onun ölkəni tərk etməyə çalışdığı barədə rəsmi məlumatın yalan olduğu bildirilib.

Reperin həbsini İsfahan əyalətinin baş prokuroru da təsdiqləyib.

O, Tomac Salehinin İsfahan əyalətində, xüsusilə Şahinşəhərdə etirazların qızışdırılmasında və vətəndaşları iğtişaşlara təhrik etməkdə mühüm rol oynadığını iddia edib.

Exit mobile version