Cəmiyyətİran

İranda Telegram kanalı ‘blokdan çıxarılmayıb’

Aznews.tv-nin “Azadlıq Radiosu”na istinadən məlumatına görə, İranda Telegram tətbiqinin yaxında blokdan çıxarılacağı ilə bağlı məlumat yayıldıqdan bir gün sonra bu xəbər təkzib edilib.

İran Milli Kiberməkan Mərkəzi cümə axşamı günü yaydığı bəyanatda, sözügedən tətbiqin blokdan çıxarılacağı ilə bağlı yayılan xəbəri “saxta və uydurma” adlandırıb.

ISNA-nın məlumatına görə, çərşənbə günü sosial mediada Telegram kanalının blokdan çıxarılacağı ilə bağlı Ali Şuranın Kiberməkan Şurasının katibi Əbulhəsən Firuzabadiyə istinadən xəbər yayılıb.

Buna cavab olaraq Milli Kiber Məkan Mərkəzi “bu saxta xəbərdir və Ali Məhməkəm Orqanının rəisi ilə heç bir yazışma aparılmadığına görə bu doğru deyil”,- deyə bildirib.

Mərkəzin açıqlamasında habelə deyilir ki bu xəbər “ictimai rəyi çaşdırmaq üçün yayılıb”.

İranda Teleqram kanalının bloklanması ilə bağlı məhkəmə qərarı 2019-cu ilin mayında Tehran Media və Mədəniyyət işləri üzrə Məhkəmənin 2 saylı şöbəsinin müstəntiqi Bijən Qasımzadənin imzası ilə çıxarılıb.

İranda populyar olan və rəsmi qurumların bildirdiyinə görə 40 milyondan çox istifadəçisi olan Teleqram mesenceri Rəsmilərin bildirdiyinə görə, qırx milyondan çox istifadəçisi var, 2018-ci ilin yanvar ayında ümumxalq etirazlarından sonra müvəqqəti olaraq bloklanıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close