Site icon Aznews TV

İranda xərçəngdən ölənlərin statistikası açıqlandı

Bu barədə İranın “Rokna” qəzeti məlumat yayıb.

Bildirilib ki, son statistikaya görə, İranda hər il 55 min nəfər xərçəng xəstəliyinə yoluxduğuna görə həyatını itirir.

Bununla yanaşı, son 30 il ərzində ölkədə 50 yaşdan aşağı vətəndaşlar arasında xərçəngə yoluxma hallarının 80 faiz artdığı qeyd edilib.

Səhiyyə sistemi mütəxəssisləri İranda xərçəng xəstəliyindən ölənlərin sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Exit mobile version