Dünya

Belçika məhkəməsi iranlı terrorçunun ekstradisiyasına qadağan qoydu

Brüssel məhkəməsi iranlı terrorçu Əsədullah Əsədinin İrana və hər hansı başqa üçüncü ölkəyə köçürülməsinə müvəqqəti qadağa qoyduğunu elan edib.

İyulun 22-i axşam saatlarında Belçika parlamentinin bir qrup nümayəndəsi məhkəmənin məsələ barədə qərarını paylaşıb.

Onlar iranlı terrorçunun Belçikadan kənara, hətta qonşu ölkələrə də köçürülməsinə müvəqqəti qadağa qoyulduğunu bildiriblər.

Bu qərar Belçika parlamentinin bu ölkədə terrorçuluq fəaliyyəti ittihamı ilə həbsdə olan Əsədullah Əsədinin azadlığa buraxılmasına zəmin yaradan və 20 iyulda İranla məhbus mübadiləsi sazişini təsdiqləməsindən sonra verilib.

Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.

Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

Related Articles

Bir cavab yazın

Back to top button