Cəmiyyətİran

İranda xüsusi dairələr azərbaycanlı milli fəal Səid Minaiyə qarşı təzyiqləri artırıb

Aznews.tv Bunab və Marağa şəhərlərindən gələn xəbərlərə görə, milli fəal və “Milli Düşəncə” Teleqram kanalının rəhbəri Səid Minayi çox sayda Azərbaycan teleqram kanallarında yayılan panirançılıqla erməni lobbisinin bağlantısı adlı məqalənin dərc edilməsi ilə əlaqədar xüsusi dairələr tərəfindən sıx təzyiqlərə və məhkəmə təqiblərinə məruz qalıb.

Urmiyə gölünün qurudulmasına etiraz olaraq 2018-ci il aprelin 23-də həbs edilən Səid Minayi Azərbaycanın tanınmış mədəniyyət və media xadimidir.

Bildirilir ki, Bunab şəhər sakini olan azərbaycanlı mədəni fəal, bir çox teleqram kanallarında Araz Marağalının qələmi ilə adı çəkilən məqaləsini yerləşdirdikdən sonra “Daralmulk” kitabının müəllifi Əsğər Muhəmmədzadə adlı şəxsin şikayəti ilə filial Marağa şəhər məhkəməsinə gəlməyə məcbur edilib və girov müqabilində müvəqqəti sərbəst buraxılıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close