Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda yeni xəstəlik yayılıb

İranın Fars əyalətində "Dengi qızdırması" adlı yeni xəstəlik növü aşkarlanıb və sürətlə yayılır.

Bu barədə Şirazın Tibb Elmləri Universitetinin rektor müavini Əli Rzaiyan məlumat verib.

O, Səhiyyə Nazirliyini çoxsaylı fəsadlar törədən və ölümlə nəticələnən təhlükəli qızdırma xəstəliyinin qarşısının alınması üçün əməli tədbirlər görməyə çağırıb.

“Xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır, yoluxanlarda yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiq kimi simptomlar müşahidə olunur”,- Rzaiyan bildirib.

Onun sözlərinə görə, həmin xəstəliyə yoluxan iki nəfər həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button