Dünya

Ermənistan vətəndaşlığından çıxmaq istəyənlərin sayı açıqlanıb

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 nəfər müvafiq orqanlara müraciət edib. Bu barədə “News.am”a Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan bildirib.
O, qeyd edib ki, 2017-2020-ci illərdə ümumilikdə 22 277 nəfər vətəndaşlıqdan imtina üçün dövlət qurumlarına müraciət edib. Onlardan 6 576 nəfəri 2018, 7 138 nəfəri 2019, 3 313 nəfəri isə 2020-ci ildə yazılı şəkildə ölkənin vətəndaşı olmaq istəmədiyini açıqlayıb.
News.am” Ermənistan vətəndaşı olmaq istəyənlərin də azaldığını qeyd edib. Ajansın məlumatına görə, vətəndaşlıqdan çıxmaq istəyənlərin ümumi sayı 4 165 nəfər təşkil edir. Bu, vətəndaşlıq almaq istəyənlərin sayından yüzdə 23 çoxdur. “Nikol Paşinyan və onun timinin üzvlərinin heç vaxt bu göstəricilər barədə danışmamaları diqət çəkir. “Məxməri inqilab”ın lideri son iki il yarım müddət ərzində vətəndaşların Ermənistana “görünməmiş axını” barədə müxtəlif göstəriciləri açıqlayıb. Rəqəmlər göstərir ki, Ermənistana gələnlərin çox az bölümü vətəndaşlıq almaq üçün müraciət edir, eyni zamanda on minlərlə insan Ermənistan vətəndaşlığından imtina edib”, – deyə ajans bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button