Cəmiyyətİran

İranda yol qəzalarında ölənlərin sayı çoxalıb

Cari ilin son yeddi ayında yol qəzalarında ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 nəfər artıb.

Aznews.tv xəbər verir ki, bu barədə Milli Qanuni Tibb Təşkilatının açıqladığı statistikada məlumat verilir.

Məlumata görə, son 7 ayda yol qəzalarında 11 min 29 nəfər ölüb, 228 mindən çox insan yaralanıb. Bu göstərici ölənlərin sayında keçən ilin eyni dövrü ilə müqayisədə 2,1% artım olduğunu göstərir. Ötən il bu say 10 min 799 nəfər təşkil edib.

Bu il yol qəzalarında ölənlərin 8,579-u kişi, 2,450-i qadın olub.

Buşehr 37.9, İlam 34.5 və Həmədan 26.6 faiz olmaqla bu ustanlarında yol qəzalarında ölənlərin sayında ən yüksək artım müşahidə edilib. Ən azı qəzalar isə Kürdüstan, Çaharmahal Bəxtiyari və Gülüstan ustanlarında baş verib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close