Site icon Aznews TV

İranda yoxsulluq səviyyəsi artıb

Bu barədə İran parlamentinin Tədqiqatlar mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, orta təbəqə də zəifləyib və onlar kirayə qiymətlərinin kəskin artması və ya səhiyyə xərclərindən irəli gələn problemlərə görə yoxsulluq həddinin altına düşürlər.

Bundan bir müddət əvvəl İran Statistika Mərkəzinin verdiyi məlumatda son 5 il ərzində İranda inflyasiya və yoxsulluq səviyyəsinin 155% artdığı bildirilib.

Qeyri-hökumət mənbələrinin yaydığı məlumatda isə göstərilib ki, İran əhalisinin 42 milyondan çoxu, yəni təxminən 50%-i mütləq yoxsulluq həddinin altında yaşayır.

Exit mobile version