Cəmiyyətİran

İrandakı etirazlarda azı 143 nəfər öldürülüb – Beynəlxalq Əfv Təşkilatı

İrandakı etirazlarda azı 143 nəfər öldürülüb.

Aznews.tv xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatı məlumat yayıb.

Açıqlamaya görə, son 10 gündə öldürülən etirazçıların sayında artım olub.

Məlumata əsasən, Əlborz ustanında 9, Şərqi Azərbaycan ustanında 1, İsfahan ustanında 7, Fars ustanında 15, Kirmanşah ustanında 34 nəfər, Xuzistanda 40, Kürdüstanda 12, Tehranda 20, Qərbi Azərbaycan ustanında isə 4 nəfər öldürülüb.

Təşkilatın son statistikası etirazlarda ölənlərin sayını 115 nəfər elam edib. Ancaq hazırkı hesabatda ölənlərin sayı 143-ə yüksəlib.

“Bu videolar göstərir ki, İslam Respublikasının təhlükəsizlik məmurları bilərəkdən silahsız etirazçılara yaxın fasilədən atəş açırlar; həmçinin, xəbər verilib ki, bir nəfər də gözyaşardıcı qazdan istintaq, daha bir nəfər isə döyülmə nəticəsində canlarını itiriblər”, – Təşkilat bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button