BölgəDünya

İrandan Əsədə inanılmaz dəstək – 9 min şiə döyüşçü…

Suriya İnsan Haqları Rəsədxanası (SOHR) İran qüvvələri və onların Suriyadakı nümayəndələrinin ölkənin cənub və şimal-şərqindəki yerli şiə icmalarından təxminən 9000 gənc döyüşçünü orduya cəlb etdiyi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, İranın dəstəklədiyi şiə silahlı döyüşçüləri təkcə Suriyanın cənub bölgələrində və Fərat çayının şərqindəki şimal-şərq məntəqələrdə 3600-ə yaxın könüllü gəncləri Bəşər Əsəd ordusuna cəlb etdiyi bildirilir.

Vurğulanır ki, Suriyadakı 9 illik vətəndaş savaşı boyunca İran İslam sipah pasdarları (SEPAH) nizami muşavirlər yerləşdirilməsi, habelə şiə silahlı döyüşçülərinin yaradılması və maliyyələşdirilməsi yolu ilə Əsəd rejiminə ardıcıl dəstək verib.

https://teleqraf.com/news/dunya/241535.html

Related Articles

Bir cavab yazın

Back to top button