Site icon Aznews TV

İrandan Azərbaycana 18 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 710 qram narkotik vasitə ( 18 kq 300 qr marixuana, 150 qr metamfetamin, 260 qr heroin) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 3607 ədəd Metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Exit mobile version