Site icon Aznews TV

İrandan Azərbaycana narkotik gətirən daha bir nəfər saxlanılıb

Onun avtomobilinə və üzərinə baxış zamanı 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb olmaqla ümumilikdə 93 kiloqram narkotik aşkar edilib.

Qeyd edək ki, Rafiq Ağayevdə aşkar edilən narkotik vasitə kütlələri ölkəyə dəniz yolu ilə gətirildiyi üçün xüsusi plastik çəlləklərdə qablaşdırılıb.

Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan Kazım adlı tanışı vasitəsilə Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədilə götürdüyünü bildirib.

Exit mobile version