Site icon Aznews TV

İrandan gətirilmiş narkotiki ölkədə çatdırılmasını təmin edən şəxslər saxlanılıb

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Elyar Əliyev və Gəncə şəhər sakini Emil Rzayev Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki çantadan 1 kq 640 qram heroin, 2 kq 85 qram marixuana və 30 ədəd tramal həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(metbuat.az)

Exit mobile version