Cəmiyyətİran

“İrandan miqrasiya dalğasının əsas səbəbkarı şəxsən ali dini liderdir”

Aznews.tv “Peyke İran” saytına istinadən xəbər verir ki, Məhəmməd Cavad Əkbərin yazıb:

İslam Respublikasının dini lideri bu gün “istedadlı şəxslərin və ziyalıların ölkə xaricinə aparılması və bu işdə dəllallıq” hallarını tənqid edib və “istedadlı gəncləri ruhdan salırlar!” deyə bildirib.

Rəsmi statistika son 20 ildə olimpiadalarda medal qazanan iranlı şagirdlərin əksəriyyətinin İrandan köçdüyünü bildirir.

6 il əvvəl, keçmiş elm naziri bu barədə xəbərdarlıq edərək “düşünən beyinlərin ölkədən miqrasiya etməsi nəticəsində dəyən zərərin illik 150 milyard dollar olduğunu” qeyd edib.

O əlavə edib: “Dünyanın qabaqcıl biliyini öyrənmək üçün xaricə gedən ziyalıların geri qayıtmaqları üçün lazımi şərait təmin olunmasa, ölkənin bundan nə qədər ziyan çəkəcəyini düşünməliyik”.

Ölkədə ziyalıların taleyinə dair bir çox nümunələr var ki, bu acı tarixçəni sadalamaqla bitmir.

Təkcə üç nümunə:

  • 2017-ci ildə və İranda artan su və ekoloji böhran nəticəsində Dr. Kave Mədəni (Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Şurasının vitse-prezidenti və London İmperial Kollecinun professoru) Vətənə qayıtmaq qərarına gəlir. Qayıdandan sonra Ətraf Mühitin Mühafizəsi Agentliyinin vitse-prezidenti vəzifəsinə təyin olunur. Ancaq heç 6 ay da davam gətirmir; İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsi ziyalılara və ətraf mühit fəallarını casusluq ittihamı ilə həbs edərək işgəncələrə məruz qoyarkən (və ekologiya üzrə professorlardan biri də həbsxanada intihar edib) Kave Mədəni İranı tərk etmək məcburiyyətində qaldı, özü də hökümətin tövsiyyəsi ilə! Bu, Təhlükəsizlik Nazirliyinin onlara qarşı casusluq ittihamını rəsmi şəkildə təkzib etdiyi eyni dosyedir və Kave Mədəni İnqilab Keşikçiləri Korpusunun girovgötürmə əməlləri qarşısında hətta Təhlükəsizlik Nazirliyinin də sözünün keçmədiyini görür!
  • Umid Kovkəbi (olimpiadaya seçilmiş namizəd və ABŞ-ın Texas Universitetinin atom fizikası üzrə doktorantı) 2010-cu ildə İrana gəldikdən sonra həbs edilir, lakin ona qarşı irəli sürülən casusluq ittihamı ilə bağlı heç bir fakt tapılmır və uzun müddət həbsdə qaldığı üçün böyrək xərçənginə tutulur, buna görə onu sərbəst buraxq məcburiyyətində qalırlar.
  • İranda qalan ziyalıların taleyi ilə bağlı da bir missal qeyd edək.

Professor Fərhad Meysəmi (həkim, mütəfəkkir və mədəni fəal) şəxsi kitabxanasında həbs olunub və hazırda altı illik həbs cəzasını çəkir. O, məcburi hicaba etiraz etməkdə ittiham olunur. “Ziyalılar”ın  problemi geridə qalmış mədəni siyasətə etiraz etdikləri üçün zəkalarının olmasıdır və hökümətin nə bu etirazlara dözümlülük nümayiş etdirmək qabiliyyəti var, nə də islahatlar aparmaq gücü. Elə bu gün (Xameneyinin çıxışı ilə eyni vaxtda) professor Meysəmi və Məhəmməd Həbibi (məhkum müəllim) həbsxana nəzarətçisinə qarşı “eyni addım atmaq” qərarına gələrək, “bizim hüquqlarımız təmin olunmayanadək biz də həbsxana qanunlarına əməl etməyəcəyik”,- deyə bildiriblər. Yəni onlar azadlıqda özlərini təhlükəsizlikdə hiss etməməklə yanaşı, həbsxanada da minimal hüquqları qorunmur.

Əli Xameneyinin mədəni, siyasi və təhlükəsizliklə bağlı siyasəti ziyalıların və düşünən beyinlərin ölkədən getməsinə və məyusluğuna səbəb olduqda, ölkədə işlərin və səlahiyyətlərin “inqilabçı uşaqları”a tapşırılması bəhanəsilə idarəçiliyin şərti bilik və bacarıqdan daha çox, rejimə yaltaqlanmaq olarsa, belə bir vəziyyətdə “dəllallıq və istedadlı ziyalıların xaricə göndərilməsi”ndə günahkar axtarmaq lazım deyil!

Çünki, ölkədən mühacirətin əsas səbəbkarı və bu işdə dəllallıq edən şəxsən Əli Xameneyinin özüdür.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button