Site icon Aznews TV

İrandan pulsuz yanacaq daşıyan neft tankerləri Livana gedir

İranın Livandakı səfiri Muctaba Əmani Livan Hizbullahına bağlı “əl-Minar” telekanalına müsahibəsində neft tankerlərinin yaxın bir-iki həftə ərzində Livana doğru hərəkət edəcəyini bildirib.

“Reuters” yazır ki, Livandan rəsmi nümayəndə heyəti məsələni müzakirə etmək üçün Tehrana səfər edib. İranın Beyrutdakı səfirliyi tərəflərin Livanda elektrik stansiyalarının tikintisi və elektrik şəbəkəsinin təmiri ilə bağlı danışıqlar apardığını bildirib.

Əmani ötən həftə habelə deyib ki, İran hökuməti Hizbullah qruplaşmasının müraciəti əsasında Livanda elektrik stansiyalarına pulsuz yanacaq göndərəcək. O əlavə edib: “Bu pulsuz yanacaq “Livan xalqına xidmət etmək” üçün bir hədiyyədir”.

Exit mobile version