İran

Əhmədinəjad namizədliyinin qeydiyyata alınmamasından danışıb

İranın keçmiş prezidenti Mahmud Əhmədinəjad rəddi səlahiyət ilə bağlı açıqlama verib. “Televizyonda mənim iştirakımla canlı verlişə çıxıb namizədliyimi niyə ləğv etdiklərinə aydınlıq gətirməlidirlər və mən də cavab verərəm”,-deyə o, bildirib. Əhmədinəjad namizədliyini millətin istəyi ilə irəli sürdüyünü iddia edib. Keçmiş prezident namizədliyinin heç bir səbəb göstərilmədən ləğv edildiyini dilə gətirib. “Ölkədəki durumdan və millətə hörmətimdən dolayı susdum, ancaq bu dəfə insanların istəyi ilə qeydiyyatdan keçməyə qərar verdim. Bildirdim ki, namizədliyimi ləğv etsəniz, şübhəsiz ki seçkilərə qatılmayacağam, nəticələrini tanımayacağam və heç kimi də dəstəkləməyəcəm”,-deyə o, qeyd edib.
Qeyd edək ki, Qanundan danışan həmən Əhmədinəjadın 2-ci dövr seçkilərində qeyri-qanuni yolla seçilməsinə etiraz edən milyonlarla insanı o, Çör-çöp Adlandırdı.

Related Articles

Bir cavab yazın

Back to top button