Dünyaİran

İranda saxlanılan 5 amerikalı Qətərin təyyarəsinə köçürülür

İranın XİN 5 amerikalı qarşılığında 5 iranlının mübadiləsinin sentyabrın 18-də həyata keçiriləcəyini açıqlayıb.

Həmçinin Royterz xəbər agentliyi 5 amerikalı məhbusun İrandan çıxmaları məqsədi ilə Qətərin təyyarəsinə köçürüldüklərini bildirib.

Agentliyin məlumatına əsasən Qətər İran və Amerikaya elan edib ki, İranın 6 milyar dollar zəbt olunmuş vəsaiti amerikalı məhbuslara görə azad olunaraq artıq İsveçdən Qətərə köçürülüb.

“Qətərin sentyabrın 17-də rəsmi məktubuna istinadən İranın Cənubi Koreyada azad olunmuş 5 milyar 573 milyon avro civarında vəsaiti Qətərin Ələhli və Əlduxan banklarında 6 iranlı bankın hesabına köçürülüb.”-deyə həmçinin İranın Mərkəzi Bankının baş direktoru Məhəmmədrza Fərzin vurğulayıb.

Qeyd edək ki, məhbus mübadiləsində ikili iran-amerika vətəndaşlığı olan Siyamək Namazi, İmad Şərqi, Murad Tahbaz və kimliyi qeyd olunmayan 2 digər məhbus azad olunacaq.

Murad Tahbaz həmçinin Britania vətəndaşıdır. Mübadilə olunan 5 məhbusdan birinin qadın olduğu qeyd olunub.

Eləcə də Amerikadan azad olunacaq məhbusların adlarının Kavə Lütfulla Əfrasiabi, Mehrdad Ənsari, Əmin Həsənzadə, Kambiz Əttar Kaşani və Rza Sərhəngpur olduğu vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button