Site icon Aznews TV

İranın əmniyət gücləri “Xalq Mücahidləri Təşkilatı”nın saytına kiber hücum ediblər

“Xalq Mücahidləri Təşkilatı”nın saytı İranın əmniyət güclərinin kiber hücumuna məruz qalıb.

“Aznews tv”xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda məlumat verilir.

Bildirilir ki, 27 yanvar tarixindən etibarən başlayan hücumlar hələ də davam edir.

Qeyd edək ki, son dövrlər İranın müxtəlif mühüm saytları, eləcə də televiziya və radiolarına “Xalq Mücahidləri Təşkilatı” tərəfindən həyata keçirildiyi iddia edilən kiber hücumlar edilib.

Exit mobile version