İranSiyasət

İranın 4,5 faizlik uran ehtiyatları “25 kq limiti keçib”

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAGATE) son hesabatında İranın 4,5 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarının 25.1 kg-a çatdığını bildirib.

Avqustun 19-na olan son hesabatda, İranın 3,67 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarının miqdarının 241,6 kq olduğu deyilir.

Bundan əlavə, MAQATE-nin hesabatına görə, İran Agentliyə hesabat verdiyi dövrdə 130 metrik tondan çox ağır suya malik deyildi.

Bu arada, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi, 3 sentyabr çərşənbə axşamı, İranın təxminən 10 ton zənginləşdirilmiş materialın ixracı müqabilində təxminən 400 ton “sarı tort” (uran tozu) əldə etdiyini bildirib.

Qeyd edək ki, nüvə sazişi ilə müəyyən edilmiş normaya çatmaq üçün İran 2016-cı ilin yanvar ayında ilkin mərhələdə Rusiyaya 11.340 kq zənginləşdirilmiş uran satıb və bunun müqabilində 140 tona yaxın xam uran alıb.

Qeyd edək ki, İslam Respublikası nüvə sazişini xilas etmək üçün bu ilin may ayının 8-dən etibarən avropalı tərəflərə 60 günlük iki möhlət verib və hər bir mərhələdə bəzi nüvə öhdəliklərini dayandırıb. İslam Respublikasının Avropaya üçüncü 60 günlük möhləti 6 sentyabrda başa çatacaq.

Birinci mərhələdə İran uranın zənginləşdirilməsində 300 kq məhdudiyyətinə artıq əməl etməyəcəyini açıqlayıb. İkinci mərhələdə isə zənginləşdirməni 3,67 faizdən 4,5 faizə qədər artırıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close