İran

Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Ölkədə son 24 saatda yeni növ koronavirusdan 153 nəfər vəfat edib. Bu barədə İran Sağlamlıq vəzirliyi xəbər verib. Məlumata görə, İrandan koronavirusdan ölənlərin sayı 20 125 nəfərə çatıb. Son 24 saatda epidemiyə 2 444 tutulma halı qeydə alınıb. Beləliklə, COVID-19-a tutulanların ümumi sayı 350 279 nəfərə çatıb. Qeyd edək ki, 302 528 nəfər mərizlikdən sağalıb. Hazırda virus daşıyıcısı olan mərizlərdən 3 868 nəfərin durumu ağır və ya orta ağır qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button