DünyaİranSiyasət

İran 4,5 faizlik zənginləşdirilmiş uranı 370 kq-a çatdırıb

İran Atom Enerjisi Agentliyinin sözçüsü çərşənbə axşamı İranın 4,5 faizlik uranın zənginləşdirilmiş uran ehtiyatlarının 370 kq-a çatdığını bildirib.

Aznews.tv İSNA agentliyinə istinadən xəbər verir ki, Behruz Kamalvəndi bildirib: “Hal-hazırda bizim 4,5 faiz zənginləşdirilmiş uran ehtiyatlarımız 300 kq-dan 60-70 kq yüksəkdir”.

Kəmalvəndinin sözlərinə görə, İranın elektrik stansiyasının yanacağa olan tələbatı 4,2 faiz təşkil edir, lakin İran uranı 4,5 faiz səviyyəyə qədər zənginləşdirib.

“Elektrik stansiyasının yanacağa olan tələbatını nəzərə alaraq bu 4.2 faizlik səviyyədir, lakin biz 4.5 faizədək artırdıq, çünki siz 4.5 faizlik uran istehsal etdikdə, sizin məhsulunuzun sinxronizasiyası 4 faiz təşkil etsə və vaxt tələbatını əsas götürərək bunları qarışdırdıqda, nəzərdə trutulan ədədi əldə etmiş olursunuz”.

Atom Enerjisi Agentliyinin sözçüsü bununla bağlı ətraflı məlumat verməyib.

İran prezidenti Həsən Ruhani bu ilin mayın 8-də Tehranın nüvə sazişi çərçivəsində öz öhdəliklərini azaldacağını və İran neftinin satışı və bank əməliyyatları sahəsində öz öhdəliklərinə əməl etməsi üçün Avropa ölkələrinə 60 gün möhlət verib.

İlk addımda İran uranın zənginləşdirilməsində 300 kq limitə artıq əməl etməyəcəyini açıqlayıb. İyulun 8-də qüvvəyə minən ikinci addımda Tehran uranın zənginləşdirilməsini 3,67 faizdən 4,5 faizə qədər artırdığını bildirib.

Kəmalvandi həmçinin Həsən Ruhaninin ağır su istehsalı ilə bağlı fikirlərini təkrarlayaraq İranın ölkə daxilində ağır su ehtiyatlarının 130 tondan çox limitə çatdırmaqla bağlı öhdəliyinin olmadığını vurğulayıb.

“Digər tərəfdən, bizim əldə etdiyimiz müxtəlif bazarları əldən verməməyə icazə verilir”,-deyə o əlavə edib.

İran üçüncü addımın uranın zənginləşdirilməsi səviyyəsinin daha da artırılması və Ərak ağır su qurğularının nüvə sazişindən əvvəlki dövrə qaytarılması ola biləcəyini söyləyib.

Qeyd edək ki, İslam Respublikasının rəhbərləri eyni zamanda nüvə sazişi tərəflərinin öhdəliklərini yerinə yetirəcəyi təqdirdə İranın da öz öhdəliklərini yerinə yetirəcəyini bildiriblər.

İranın ən vacib tələbi öz neftini satmaq və əldə olunan qazancı əldə etmək imkanı əldə etməsidir.

İranın bu hərəkətləri Avropa Birliyininin tənqidlərinə səbəb olub, belə ki o, İranın bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edir. Rusiya da bu cür tədbirlərin İrana kömək etməyəcəyini vurğulayıb.

Avropa ölkələri heç bir son tarix qəbul etməyəcəklərini bildirərək, İrana nüvə öhdəliklərinə əməl etməsi və son iki addımı ləğv etməsi ilə bağlı xəbərdarlıq ediblər.

ABŞ rəsmiləri də İslam Respublikasını “nüvə şantajı”nda günahlandıraraq, “beynəlxalq reaksiya”ya çağırış ediblər.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button