BölgəİranSiyasət

İranın Bağdaddakı səfiri XİN-ə çağırldı

Aznews.tv “İranintl” saytına istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi, İranın Bağdaddakı səfiri İrəc Məscidini çağıraraq son açıqlamalarına görə etirazını bildirib.

Səfir bu yaxınlarda İraqın Dəclə telekanalına verdiyi açıqlamada ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, rəsmi Tehran ABŞ qüvvələrini dünyanın hər yerində, o cümlədən İraqda hədəf alacağını bildirib.

İraq XİN-in bəyanatına əsasən, İraq Xarici işlər nazirinin müavini Əbdül Kərim Haşim Mustafa səfirə ABŞ qüvvələrinin İraqın istəyi ilə bu ölkədə olduğunu xatırladıb.

“İraq, ölkəsinin beynəlxalq qarşıdurma poliqonuna çevrilməsinə imkan verməyəcək”,- deyə İraq xarici işlər nazirinin müavini vurğulayıb.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button