Site icon Aznews TV

İranın ballistik raketlərinin qalıqları İordaniyada onlayn alqı-satqı saytında satışa çıxarılıb

Məlumata görə, iordaniyalılar bu ölkədə avtomobil, daşınmaz əmlak və bütün növ malların alqı-satqısı ilə məşğul olan məşhur “Əl-Souq əl-Məftuh” saytında İranın ballistik raketlərinin qalıqlarının çəkisi, qət etdiyi məsafə, sürəti, modeli, rəngi və digər xüsusiyyətləri ilə birlikdə şəkillərini yerləşdiriblər.

Elanların birində “İranın aşağı təsirli ikinci əl ballistik raketi satılır” başlığı ilə şəkillər paylaşılıb, habelə elan sahibi ballistik raketin aylıq kreditlə də alına biləcəyini yazıb.

Bəzi elanlarda isə raketin qalıqları nadir mal kimi nağd ödənişlə satışa qoyulub.

Exit mobile version