İranSağlıq & Yaşam

İranın bir çox xəstəxanası zəlzələyə davamlı deyil – Şəkərçizadə

İranın bir çox xəstəxanası zəlzələyə davamlı deyil.

Aznews.tv xəbər verir ki, bu sözləri Məskən və Şəhərsazi Tədqiqat Mərkəzinin rəhbəri Məhəmməd Şəkərçi Zadə Tabas zəlzələsinin ildönümü münasibətilə təşkil edilən mətbuat konfransında deyib. O, ölkə xəstəxanalarının zəlzələyə davamlılığı barədə xəbərdarlıq edib:

“Ölkə xəstəxanalarının yarıdan çoxu zəlzələlərə qarşı dayanaqlı deyil. Ölkədə hər 10 ildə bir dəfə 7 rişterdən çox zəlzələ baş verib. Bu zəlzələlərin 100 min nəfərdən aşağı şəhərlərdə üz verməsində bizim bəxtimiz gətirib. 1396-cı ilin aban ayında Kirmanşahın Sər Pol Zahab şəhərində baş verən zəlzələ Təbriz və Tehran kimi böyük bölgələrdə olsaydı, çox sayda itki verərdik. Kirmanşah zəlzələsində xəstəxanalarda məhv oldu, yaralılara xidmət göstərə bilmədilər. SərPol Zababda xəstəxanaların zəlzələyə davamlı olmaması ölənlərin sayının artması ilə nəticələndi. Tehran xəstəxanalarının da yarıdan çoxu zəlzələyə davamlı deyil”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close