Site icon Aznews TV

İranın BMT-dəki nümayəndəsi İsraili cavab alacağı ilə təhdid edib

İrəvani  BMT-nin Baş katibindən SEPAH generalı Rza Musəvinin öldürülməsinə görə İsraili mühakimə etməsini istəyib.

O, bununla yanaşı, İsrailə cavab veriləcəyi ilə bağlı təhdid bəyanatı səsləndirib: “İran uyğun zamanda İsrailin hərəkətinə həlledici cavab vermək hüququnu özündə saxlayır”.

Qeyd edək ki, dekabrın 25-də İsrailin hücumu nəticəsində Qüds briqadasının sabiq komandiri, Qasım Süleymaninin yaxın silahdaşı və SEPAH müşaviri Musəvi Suriyada həlak olub.

#İran #İsrail

Exit mobile version