DünyaİranSiyasət

İranın Britaniyadakı səfiri: NPT-dən çıxmaq üçün güclü daxili təzyiq var

Aznews.tv “Euronews”a istinadən xəbər verir ki, “İndependent” ə müsahibəsində İranın Britaniyadakı səfiri Həmid Bəidinejad İranın nüvə sazişi çərçivəsində öhdəliklərini azaltmaq istiqamətində atdığı addımlar barədə bildirib ki, Avropa nüvə sazişinə əməl etməyəcəyi müddətcə, İran “hər iki ayda” yeni addımlar atacaq.

O qeyd edib ki, Avropa davranışını dəyişməsə, növbəti iki ayda “beşinci addım da” atılacaq.

Bəidinejad əlavə edib ki, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması üçün daxili təzyiqlər artıb. O habelə bunun Həsən Ruhani hökumətinin siyasəti olmadığını, lakin “Tehranda bəzi nüfuzlu rəsmilər avropalılar tərəfindən gözləntilər yerinə yetirilməyəcəyi təqdirdə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağımızı təklif etdilər”,-deyə bildirib.

İranın ali dini rəhbəri Əli Xameneyi tərəfindən nüvə silahının qadağan edilməsilə bağlı dini hökm verildiyini bildirən İranın Britaniyadakı səfiri deyib: “Təəssüf ki, İranda gündən-günə daha çox insan İranın NPT-dən çıxmasının tərəfdarıdır. Biz nüvə silahı istəmirik, amma ABŞ bizə təzyiq göstərir və dinc nüvə texnologiyası əldə etməmizi əngəlləyir”.

O həmçinin qeyd edib: “Donald Tramp ABŞ-da prezident olduğu müddətcə rəsmi Vaşinqtonla danışıqlar aparmağın heç bir faydası yoxdur”, çünki “onların sözlərində səmimiyyət yoxdur və İran iqtisadiyyatını çökdürməyi hədəfləyir”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close