Site icon Aznews TV

İranın cənubundakı dəmir yolu qapandı

Lorestan əyalətinin Durub bölgəsində bu gün cənub istiqamətinə hərəkət edən 6 yük qatarı xətdən çıxaraq aşıb.

İRNA xəbər verir ki, İranın Lorestan əyalətindəki 6 yük vaqonunun xəttdən çıxmasına görə, 23 iyul, cümə günü səhər saatlarından ölkənin cənubunu mərkəzinə birləşdirən dəmir yolu xətti bağlanıb və bu yöndə qatarların hərəkəti dayandırılıb.

Cənub və şimal yönündə iki musafir və bir yük qatarı yolda qalıb.

Hal-hazırda yolun açılması üçün işlər görülür.

Exit mobile version