Site icon Aznews TV

İranın dövlət agentliyii Urmu gölünün qurumasının ölkə üçün fydalı olduğunu iddia edib

“Bu gölün dibində nəhəng “litium” ehtiyatlarının olması, bəlkə də, bu mühüm təbii sərvətin quruması prosesinə yetərincə diqqət yetirilməməsi və onun bərpasının ləngiməsinin səbəblərindən biridir”-deyə, sentyabrın 8-də “İRNA” xəbər agentliyi yazıb.

Urmu gölünün sonunun çatdığını yazan agentlik, İranda başqa göllərind də qurumaq təhlükəsi ilə üzləşdiklərini qeyd edib.

“Əgər bu materialların hasilatı və istehsalında nailiyyət əldə etmək mümkün olarsa, onlar praktikada yüksək əlavə dəyərə malik olacaqlar, çünki litium kimi metalın “yüksək texnologiyalı” sənayelərdə çoxlu istifadəsi var və 2015-ci ildən bu yana onun istifadəsi 10 dəfə çoxalıb”-deyə, İranın dövlət agentliyi bildirib.

Bundan öncə Urmu gölünün bərpasına önəm verilmədiyinin səbəblərindən biri kimi onun yatağında olan dəyərli metalların istixracı əqsədi ilə olduğu barədə ehtimallar irəli sürülmüşdür.

Qeyd edək ki, litium indi beynəlxalq bazarlarda metal şəklində, kiloqramı təxminən 160 dollar qiymətinə satılır.

Exit mobile version