Site icon Aznews TV

İranın energetika naziri Əliəkbər Mehrabiayan Qərbi Azərbaycana səfər edib

Mehrabiyan iyulun 23-də ilk öncə Şərqi Azərbaycan əyalətinə səfər edib və əyalət valisi Zeynəlabdin Rəzəvi Xurrəmlə görüşdükdən sonra Qərbi Azərbaycan əyalətinə yola düşüb.

Nazir Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadiq Mötəmediyan və nümayəndə heyəti vertolyotla Urmu gölü üzərində onun durumu ilə tanış olub.

Qeyd edək ki, hazırda Urmu gölünün 95 faizi quruyub və bölgədə ekoloji problem bölgə əhalisinin məcburi köçünə səbəb olacaq səviyyəyə çatıb.

İyulun 16-da ekoloji problemin aradan qaldırılmamasına qarşı Urmu başda olmaqla bir neçə Azərbaycan şəhərində dinc etiraz aksiyalarında onlar nəfər həbs edilib.

Exit mobile version