Site icon Aznews TV

İranın ETTELAAT Nazirliyindən Azərbaycana qarşı böhtan xarakterli açıqlama

Sözügedən nazirlik Azərbaycanla bağlı da əsassız iddia irəli sürüb: “Ölkədə həyata keçirilən əməliyyatların yönləndirilməsi və idarəedici elementi Bakı şəhəri Heydər Əliyev Beynəlxalq hava limanından uçan və Tehrandakı “İmam Xomeyni” hava limanının hava sərhədi ilə ölkəyə daxil olan Azərbaycan Respublikası vətəndaşıdır. Həmin şəxs Tehrana çatdıqdan sonra onu Azərbaycandan idarə edən şəxslə əlaqə saxlayıb.

O, İŞİD-in Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə dərhal İŞİD-in xarici ölkə vətəndaşları şəbəkəsi ilə əlaqə qurub və Tehranda olması barədə onlara məlumat verib.

Şirazdakı terror aktında köməkçi element Əbu Bəsir ləqəbli Məhəmməd Ramez Rəşidi adlı Əfqanıstan vətəndaşı və Əbu Aişə ləqəbli Sebahan Kamrouni adlı Tacikistan vətəndaşıdır.

Exit mobile version