Site icon Aznews TV

İranın Hamburqdakı konsulluğunun qarşısında etiraz aksiyası keçirilib

Aksiyanın təşkilatçılarından olan Fərhad Məcidzadə bildirib ki, məqsədləri İranda aktivistlərin edamını durdurmaq, siyasi fəallara qarşı olan işgəncələri dünya ictimaiyyətinə çatdırmaqdır:

“Təəssüflər olsun ki, dünya İranda “molla rejimi”nə qarşı olan etirazları görmür. Bizim on minlərlə insanımız hazırda zindandadır. Nə qədər aktivist edam olunub. İran hakimiyyəti tutduğu yoldan dönmür. Hesab edirik ki, İran hakimiyyətinə qarşı beynəlxaq qınaq yetərincə deyil”.

İran konsulluğunun qarşısında keçirilən aksiyanın sonunda iştirakçıların farsca və almanca birgə bəyanatı oxunub (Report).

Exit mobile version