Site icon Aznews TV

İranın IAEA ilə əməkdaşlığını məhdudlaşdırması beynəlxalq tənqidlərlə qarşılandı

Qərb ölkələri xəbərdarlıq ediblər ki, Tehranın yanaşması nüvə anlaşmasının canlandırılması ilə bağlı vəziyyəti daha da çətinləşdirəcək.

Böyük Britaniya, Fransa və Almaniya birgə yaydıqları bəyanatda İranın Beynəlxalq Ajansla əməkdaşlığını məhdudlaşdıran fəaliyyətlərini pisləyiblər.

Amerikanın İran üzrə xüsusi nümayəndəsi IAEA-nın Qəyyumlar Şurasının İrana qarşı qəbul etdiyi qətnamə ilə bu ölkəyə birmənalı mesaj verdiyini vurğulayaraq deyib: “Biz nüvə anlaşmasını dirçəltməyə hazırıq. İran sadəcə özünün anlaşma ilə əlaqəsi olmayan tələblərini kənara qoymalı və mart ayından mövcud olan nüvə anlaşması ilə razılaşmalıdır”.

Exit mobile version