
İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah) Aerokosmik qüvvələrinin komandiri Əli Hacızadə Körfəzdə ABŞ-ın kəşfiyyat dronunun “Sepaha bağlı bir zabit” tərəfindən icazəsiz vurulduğunu və “pilotsuz təyyarəni vurduqdan sonra” bunun baş verdiyinin fərqinə vardığını deyib.
Hacızadə daha sonra bildirib ki, İran və ABŞ müharibə etmək niyyətində deyil, lakin “bir-biri ilə kontaktda olan meydan qüvvələrinin belə bir addım atması mümkündür ki, bu halda müharibə baş verməsi istisna edilmir”.
Onun sözlərinə görə, ABŞ pilotsuz təyyarəsinin vurulmasından sonra İranın bütün hərbi qüvvələri “tam hazırlıq vəziyyətinə gətirilib” İran Körfəz ölkələrində iki ABŞ hərbi bazasını və Oman dənizində bir hərbi gəmisini hədəfə almışdı.
Hacızadə deyib: “Konkret olaraq əl-Ədid bazası (ABŞ-ın Qətərdəki bazası), əl-Zəfərə bazası (ABŞ-ın BB-dəki bazası) və bir ABŞ hərbi gəmisi Oman dənizində hədəfə alınmışdı ki, ABŞ-ın reaksiya verəcəyi təqdirdə, sadalanan hərbi obyektlərə zərbə endirəcəkdik”.
İyunun 20-i ABŞ Mərkəzi Komandanlığı (SENTCOM)a aid bir RK Global Hawk model pilotsuz təyyarə Hörmüz boğazı üzərində uçarkən İranın hərbi qüvvələri tərəfindən yer-hava tipli raketləri ilə vurulub.
Xatırladaq ki, Sipah fəaliyyətləri və onun himayətindəki qruhların törətdikləri əməliyytalara görə Amrika, Ərəbistan və Bəhreyn tərəfindən terorist sazman kimi tanınıb.
Aznews.tv