İqtisadiyyatİran

İranın iqtisadi azadlığı dünya reytinqində 13 pillə azalıb

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, 2017-ci ilin statistikasına əsasən hazırlanan Fraser Tədqiqat İnstitutunun son hesabatına görə, İran iqtisadi azadlıq reytinqi üzrə 5,72 bal toplayıb. 2016-cı ildə İranın iqtisadi azadlıq üzrə göstəricisi 6,03-dən yüksək olub.

Hesabata görə, dünya sıralamasında da İran iqtisadi azadlıq üzrə əhəmiyyətli dərəcədə geriləyib. İqtisadi azadlıq baxımından 2016-cı ildə İran 130-ci yerdə qərarlaşır, ancaq 2017-ci ildə 13 pillə geriləyərək 143-cü yerə düşüb.

İqtisadi azadlıq indeksi hökumətin həcmi və ölçüsü, qanuni strukturlar və mülkiyyət hüquqları, likvidlik, beynəlxalq ticarət azadlığı və kredit qanunları, əmək bazarı və ticarət üzrə beş meyar əsasında müəyyən edilir.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button