İran

Beynəlxalq Əfv Təşkilatı bəluclara qarşı repressiyaları pisləyib

Beynəlxalq Əfv Təşkilatı İranda sünniməzhəbli etnik bəluclara qarşı repressiyaların şiddətlənməsi ilə bağlı bəyanat yayıb.

Bu barədə təşkilatın Yaxın Şərq və Şimali Afrika Regional Ofisinin direktor müavini Diana Əl Tahavi bildirib.

Bəyanatda bəlucların həftəlik dinc etiraz aksiyalarına qarşı hökumət məmurlarının güc tətbiq etməsi, döyüş silahlarından atəş açılması və 18 yaşına çatmamış yeniyetmələrin, qadınların həbsi pislənilib.

Əl Təhavi dünya dövlətlərinə müraciət edərək onlardan Tehran hökumətinin bəluclara qarşı sistemli repressiya və işgəncə maşınının dayandırılması üçün təzyiq göstərmələrini istəyib.

Bəyanatda oktyabrın 20-də bəlucların keçirdiyi dinc aksiyaya şiddətli müdaxilə nəticəsində onlarla vətəndaşın yaralandığı, çox sayda narazının həbs edildiyi qeyd edilib.

#İran #beluc

Related Articles

Bir cavab yazın

Back to top button