İran

Batı Azərbaycanda jurnalistləri daşıyan otobusun yol hadisəsi nəticəsində iki jurnalist dünyasını dəyişib

Batı Azərbaycan əyalətinin Sulduz şəhəri yaxınlığında jurnalistləri daşıyan otobusun aşması nəticəsində iki jurnalist həyatını itirib.

Onlar Kani Sib tunelini görmək üçün Batı Azərbaycan əyalətinə səfər etmişdilər.

Olay nəticəsində “İran” qəzeti, “Seda” həftəlik və “Aseman” qəzeti kimi müxtəlif mətbuat qurumları ilə əməkdaşlıq etmiş iqtisadi jurnalist Reyhane Yasini həyatını itirib. Yasini dövlət İRNA xəbər ajansında “İRNA 24”ün sərdəbiri idi.

Hadisənin daha bir qurbanı Məhşad Kərimi İSNA xəbər ajansında ekoloji məsələləri işıqlandıran jurnalist idi.

Batı Azərbaycan əyalətinin Tibb Elmləri Danişqahının iztirari Tibbi Xidmətləri Mərkəzinin müdiri olay zamanı eləcə də 21 nəfərin yaralandığını və xəsarət alanların tibb mərkəzlərinə çatdırıldığını açıqlayıb. Yaralılardan dördünün durmunun ağır olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button