CəmiyyətİranSiyasət

İranın Kərəc həbsxanasının siyasi məhbuslarının Ayətullah Əli Xameneiyə məktubu; Sizin həbsxanalarda cinayət baş alıb

Kərəc mərkəzi həbsxanasında cəza çəkən 4 siyasi məhbus İran rəhbəri Ayətullah Əli Xameneiyə açıq məktub ünvanlayaraq, İslam Respublikasının həbsxanalarında məhbusların vəziyyəti, habelə özlərinin saxlanma yerləri barədə məlumat veriblər.

Məktubda həbsxanalarda hökm sürən dözülməz şəraitdən və bu məhbuslara qarşı qeyri-insani rəftardan bəhs olunur.

Aznews.tv “Harana” saytının istinadən xəbər verir ki, Kərəc mərkəzi həbsxanasında cəza çəkən 4 siyasi məhbus Əmirəli Muradi, Mehdi Fərəhi Şandiz, Əlirza Bərzgər və Məhəmməd Riyazət Ayətullah Əli Xameneiyə məktub ünvanlayaraq, məhbusların problemləri ilə bağlı tənqidi yazı yazıblar.

Məktubun geniş mətni aşağıdakı kimidir:

İslam dünyasının qondarma lideri Seyid Əli Xameneyi;

Gəl otur, Qızıl Hesar həbsxanasının yaxınlığında yerləşən Kərəc mərkəzi həbsxanasında cəza çəkən biz siyasi məhbusların vəziyyətindən sənə danışaq.

Rəhbər olduğunuz İslam dünyası arasında təəccüb içindəyik! İran həbsxanalarında nə üçün insan hüquqlarına ən aşağı səviyyədə riayət olunur? İslamın xeyirxahlıq və mehribanlıq dini olduğunu siz iddia etmirsiniz? Burada, İslam Respublikasının həbsxanalarında məhkum həbsxanaya daxil olan kimi paltarlarını çıxarır, bütün bədənini, bütün orqanlarını yoxlayır, narkotik və digər qadağan olunmuş əşyaları həbsxanaya gətirməməsi məqsədilə ifrazatını yoxlamaq üçün iki gün karantində saxlanılır.

Lakin həbsxananın koridorlarına daxil olarkən narkotik və qadağan olunmuş maddələrin bol olduğunun şahidi olursan. Burada- sizin həbsxanalarda cinayət də baş alıb gedir. Burada İslam Respublikasının həbsxanalarında, razılıqla və ya zorla həmcinsləri ilə cinsi əlaqəyə girmək aşkar və təsəvvür edilməyəcək dərəcədə geniş yayılıb. Bura sizin həbsxananızdır, bir söz söyləsən, qəfildən vücudunuzda kəskin bir alətin zərbəsinin soyuqluğunu hiss edəcək, qırmızı və isti qanın ruhunda təsəvvür olunmaz bir şok yaradır. Burada- İslam Respublikasının həbsxanalarında məhbusların sayı normadan üç qat çoxdur, ən əsas tələbatlar, hətta bir otaq və bir çarpayı belə məhbuslardan əsirgənir. Burada gün boyu biz həbsxananın həyətində çirkli odeyal, gecələr isə koridorda çirkli kovrolit üzərində güzəranımızı sürürük. Yayda kəskin istidən və susuzuqdan, qışda isə şiddətli soyuqdan əziyyət çəkirik.

Sizin həbsxananızda təmizlik ən aşağı səviyyədədir. Bundan əlavə, yeməklərin keyfiyyəti o qədər zəifdir ki, məhkumların əksəriyyəti anti-sanitar və gigiyenik şərait, habelə düzgün qidalanmamaq səbəbindən müxtəlif xəstəliklərə tutulub.

Buradakı işgəncələrdən daha biri, bit və gənələrin olmasıdır, məhbusların qanını əmən həşəratlar, eynilə sizin rejiminiz kimi. Burada hər şey dəhşətli və iyrəncdir.

Yalnız bunu bilmirik ki, vətəndaşların ən özəl işlərini araşdıran Kəşfiyyat Nazirliyindəki bu bədnam İmam Zaman əsgərləri niyə həbsxanalara gizli şəkildə baş çəkmirlər? Bəlkə bu nalayiq ittihamları əla-həzrətdən silə bilərlər.

Rejiminizin 40 illik ömrü ərzində nə qədər siyasi və vicdan məhbusu nöqsanlar və çatışmazlıqlar haqqında yazıb və söyləyib, lakin nə faydası. Biz də Kərəc mərkəzi həbsxanasında həmin əzizlərlə yekdil olaraq deyirik və yazırıq ki, insan hüquqlarının pozulması nə doğrudur, nə də düzgün yolu. Xüsusilə, İlahi ədalət hakimiyyətini iddia edən sizin üçün!

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button