
“ANT” xəbər verir ki, bu barədə “Röyters” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Açıq deyim ki, gündəmdə heç bir siyasi və ya təhlükəsizlik məsələsi yoxdur. Ukrayna müzakirə mövzusu deyil”, – adı açıqlanmayan nümayəndə bildirib.
Qeyd edək ki, bu gün İstanbulda ABŞ və Rusiya nümayəndələri arasında görüş keçiriləcək – bu, 18 fevralda Ər-Riyadda baş tutan ilk görüşdən sonra ikinci təmasdır.