İqtisadiyyatİran

İranın keçmiş Sənaye nazirinin qızı həbs olundu

İranın keçmiş Sənaye nazirinin qızı Şəbnəm Nemətzadə həbs olunub.

Aznews.tv xəbər verir ki, o, “dərman inhisarı və qanunsuz pul əldə etmək”də ittiham edilib.

Şəbnəm Nemətzadənin məhkəməsi şəhrivər ayının 25-ə təyin olunub. İş üzrə hakim Əsədullah Məsudinin sözlərinə görə, Şəbnəm Nemətzadənin qanun pozuntuları 180 milyard tüməndən çox təşkil edib.

Qeyd edək ki, Ş. Nemətzadənin rəhbərlik etdiyi Rəsa Dərman İnkişafı Şirkəti bir neçə ildir ki, ittihamların diqqət mərkəzindədir. Bundan əvvəl Sazemane Təzirat Hökuməti Xanım Nemətzadəyə qarşı “5 milyard tümən dərman qaçaqmalçılığı” ittihamı ilə cinayət işi açılacağını elan edib. 24 şəhrivərdə araşdırılacaq 180 milyard tümən dəyərində qanun pozuntusu iddiası müttəhim üçün son üç ildə açılan beşinci işdir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button