İran

NASA-nın Günəş sisteminin kəşfiyyatı üzrə keçmiş türk direktoru dünyasını dəyişdi

Qaşqay türkü olan alim, NASA-nın Günəş sisteminin kəşfiyyatının keçmiş direktoru Firuz Nadiri iyunun 9-u axşam saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Bu barədə alimin onun bacısı oğlu məlumat yayaraq, özünün sosial media hesabında “dünya yeri doldurulmayacaq bir kişini itirdi” yazıb.

Nadiri iyunun əvvəlində ürək döyüntüsünün qəfil azalması və başının divara dəyməsi nəticəsində iflic olduğu üçün xəstəxanaya yerləşdirilmişdi idi.

Alimin ölüm xəbəri insanların və müxtəlif tanınmış simaların geniş reaksiyası ilə müşayiət olunub.

Qaşqayi türklərinin Dərəşuri tayfasından olan Firuz Nadiri 25 mart 1946-cı ildə Şiraz şəhərində anadan olub.

O, ilk və orta təhsilini İranda başa vurduqdan sonra Amerikaya mühacirət edib.

O, 1972 və 1976-cı illərdə Cənubi Kaliforniya Universitetində təhsilini başa vurduqdan sonra İrana qayıtmış və hərbi xidmətdə olarkən bir müddət İranın Uzaqdan Araşdırma Mərkəzində çalışmışdır.

Firuz Nadiri 1996-cı ildən NASA-nın Həyatın Mənşəyi proqramının direktoru vəzifəsində çalışmış, 2011-ci ildə Günəş sistemində robototexnika tədqiqatlarının direktoru vəzifəsinə təyin edilmişdir.

O, eyni halda İran hakimiyyətinə müxalif əhəmiyyətli şəxsiyyətlərdən hesab edilirdi.

Türk alim İranda baş verən etiraz aksiyaları ilə bağlı çıxış edərək xalqların rejimə qarşı etiraz nümayişlərini dəstəkləyən və hakimiyyətin repressiyalarını pisləyən ilk tanınmışlardan sayılırdı.

Related Articles

Bir cavab yazın

Back to top button